“İnanıram ki, “Bayern” və “Arsenal” finalda qarşılaşacaq”

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Co Koul UEFA Çempionlar Liqasının final matçı üçün proqnozunu verib. “Bayern” yarımfinalda PSJ ilə, “Arsenal” isə “Atletiko” ilə qarşılaşacaq.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Koul bunu deyib:

“İnanıram ki, “Bayern” və “Arsenal” turnirin final matçında qarşılaşacaq. “Arsenal”ın uşaqlıqda yollarını ayırdığı Harri Keyn finalda onlarla qarşılaşmaq üçün geri qayıdır”.

Çempionlar Liqasının final oyunu mayın 30-da, Budapeştdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button