
“İmişli”də yeni futbolçu
“İmişli” heyətini Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Yvan Seninlə gücləndirib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
19 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən Senin karyerası ərzində “Abican Siti”, “Sportinq”in (Portuqaliya) U-19 komandası və son olaraq Azərbaycanın “Şimal” klubunun formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



