“İmişli” Kaşkilyanı razı sala bilməyib – Yollar ayrılacaq

Portuqaliyalı mütəxəssis Jorj Kaşkilya mövsümün sonunda “İmişli”nin baş məşqçi postundan ayrılacaq.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Kaşkilya İmişli təmsilçisindəki işini davam etdirmək niyyətində deyil. Bu, klubla baş məşqçi arasında baş tutmuş danışıqlardan sonra verilmiş qərardır. Bir müddət əvvəl “İmişli”nin mətbuat xidmətindən Komanda.az-a verilən açıqlamada portuqaliyalı məşqçi ilə müqavilə müddətinin uzadılması haqda danışıqlar aparıldığı bildirilmişdi:

“Kaşkilyanın işi klub rəhbərliyi tərəfindən müsbət qiymətləndirilir və ümumilikdə baş məşqçi ilə bağlı yanaşmamız pozitivdir. Hazırda baş məşqçi ilə müqavilənin müddətinin uzadılması istiqamətində danışıqlar davam edir, eyni zamanda, növbəti mövsüm üçün hədəflər və planlar üzərində də iş aparılır”.

Görünür, İmişli klubunun yeni mövsüm üçün təklifləri Kaşkilyanı qane etməyib və o, ayrılmaq qərarına gəlib.

Artıq Premyer Liqada qalacağı dəqiqləşən “İmişli” hazırda turnir cədvəlində 30 turdan sonra 32 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button