“Sabah”ın qapıçısı əsrin rekordunu müəyyənləşdirib

“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan Premyer Liqasında 10-cu “quru oyun”unu keçirib.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiperin yubileyi 13-cü turda “Səbail”lə görüşə təsadüf edib – 2:0.

İmanov mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer Liqada ötən çempionat debüt edən oyunçu 7 görüşdən üçündə qol buraxmayıb.

Çərçivə qoruyucusu 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. O, 21-ci əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdır.

Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədir. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb.

Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdur – 17 yaş 297 günlük.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button