“İlk yarım saatda məğlub olduq” – Kuman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində doğma meydanda “Yuventus”a 0:3 hesabı ilə məğlub olan “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, məğlubiyyətə layiq olduqlarını bildirib:

“Oyuna çox pis başladıq, lazımi səviyyədə müdafiə oluna bilmədik. İlk yarım saatda məğlub olduq. Rəqib ilk yarım saatda çox yaxşı oyun göstərdi və qələbəni haqq etdi. Oyuna nəzarətimiz yox idi. İkinci hissədə daha yaxşı oyun göstərməyə başladıq, amma bu, nəticə üçün kifayət etmədi. Oyunumuzda aqressivlik də çatışmadı. Futbolçularımız daha inanclı və aqressiv oynamalıdırlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button