İlk rəsmi oyun, ilk qələbə, ilk qol…

Misli Premyer Liqasında 2022/23-cü illər mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, “Sabah” açılış turunda evdə “Sumqayıt”la qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən matç bu komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüş “Sabah”ın bir neçə futbolçusu üçün əlamətdar olub.

Belə ki, yeni transferlər – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də, “Sabah”ın heyətində ilk rəsmi matçında ilk qoluna imza atıb.

Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button