“İlk oyunda “Xəzri” bizi məğlub etmədi, özümüz uduzduq”

“Biz hər matça yalnız qələbə üçün çıxırıq”.

Komanda.az xəbər verir ki, bunu “NTD-İndiqo”nun basketbolçusu Əkbər Məmmədov Azərbaycan Basketbol Liqasında “Xırdalan”a qarşı keçirəcəkləri oyunlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Oyunçu yarımfinalda “Xəzri”yə səhvlər ucbatından yenildiklərini bildirib:

“Həm də şans tərəfimizdə deyildi. İlk oyunda “Xəzri” bizi məğlub etmədi, özümüz uduzduq. İkinci görüşdə hər şey yaxşı gedirdi. İrəlidə idik, amma dördüncü hissədə qələbəni rəqibə verdik. Düşünürəm ki, daha çox şeyə layiq idik. Amma “Xırdalan”la oyunlarda yalnız qələbə üçün oynayacağıq”.

Tərəflər arasındakı ilk matç mayın 15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button