“Tottenhem”in finaldakı rəqibi bəlli oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Tottenhem” doğma meydanda “Brentford”la qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb və ilk finalçı olub.

Digər finalçının adına Mançester derbisində aydınlıq gəlib. “Mançester Yunayted” üzərində inamlı qələbəyə sevinən “Mançester Siti” həlledici oyunda vəsiqə qazanıb.

Final qarşılaşması aprelin 25-də keçiriləcək.

İngiltərə Liqa Kuboku, Yarımfinal

5 yanvar

Tottenhem – Brentford 2:0
Qol
: Sissoko, 12. Son, 70.

6 yanvar

Mançester Yunayted – Mançester Siti 0:2
Qol
: Stounz, 50. Fernandinyo, 83.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button