
İlk dəfə: Azərbaycan millisi B divizionunda mübarizə aparacaq
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.
Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
B divizionunun matçları avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Azərbaycan yığması B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupda ilk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



