İlk: Azərbaycan dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.

Bu barədə Komanda.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

25-31 avqust aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu cütü və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov – Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button