“İli yaxşı başa vura bildik”

“Milan”ın futbolçusu Luka Modriç bu ilin son oyunu olan “Verona” ilə qarşılaşmanı (3:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın ilin son matçında qalib gəlməsinin və yeni ili yaxşı əhval-ruhiyyədə qeyd etməsinin vacib olduğunu söyləyib:

“Sassuolo”ya qarşı itirdiyimiz məyusedici iki xaldan sonra qalib gəlməyimiz vacib idi. İli yaxşı başa vura bildik”.

“Milan”ın A Seriyasındakı növbəti oyunu yanvarın 2-də “Kalyari” ilə olacaq. Komanda hazırda İtaliya A Seriyasının turnir cədvəlində ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button