
İlham Əliyev çempion güləşçiləri qəbul etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin, qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Komanda.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı xatırladıb ki, bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri, eyni zamanda, güləş zalları var:
“Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək. Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
Bizi Facebook-da izləyin



