“İkinci hissədə oyunu tam ələ almışdıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 3:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm, yaxşı nəticə idi. İkinci hissədə oyunu tamamilə ələ almışdıq. Qalibiyyət vacib idi, futbolçularım da öz formalarını qorudular. Rəqibə də uğurlar arzu edirəm.

Mütləq ki, bütün problemlərin öhdəsindən gəlməliyik. Hər oyuna qalibiyyət üçün hazırlaşırıq. Biz hər oyuna yorğun və ya aktual formada olsaq da, güclü hazırlaşırıq. Psixoloji gərginlik var. İyul ayından bu yana gərgin iş qrafikində olmuşuq. Bizdən tələb olunursa, bizə sakit olmaq üçün vaxt yoxdur. Hər oyundan oyuna daha gərgin saatlar başlayır. Mən özümü tək hiss etmirəm, biz bir kollektivik. Bu, futbol həyatının gedişatıdır. Belə çox gərgin oyunlar olduqda, komanda bəzən gücdən düşür. Bu işin başındayıqsa, bu hallara hazır olmalıyıq.

Biz bu il həddindən çox yükləndik. Birincisi, Çempionlar Liqasının çəkisi, ikincisi, rəqiblərin artması idi. Futbolçular da bu yükə, bəzən dözmürlər. Planlarımız bəzən alınmır.

Bədavidən tam razıyam. Qarşıdakı matçlarda tez-tez oynama halı çoxdur. Kamilo Duranın da fiziki dözümlülüyü daha çox olsa, onun da tez-tez oynama ehtimalı çoxdur”.

Baş məşqçi eyni zamanda, “Sabah”la sonuncu oyunda (3:3) baş verənlərlə bağlı suala belə cavab verib:

“Kiminlə oynayacağımızın fərqi yoxdur. “Sabah”la oynamaq azarkeşləri daha çox cəlb edir. Belə komandayla qarşılaşmaq onlar üçün də maraqlıdır. Keçmişə isə qayıtmaq istəmirəm”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button