“Çox yaxşı oynadıq” – “Liverpul”un müdafiəçisi

“Liverpul”un müdafiəçisi Vircil van Dayk İngiltərə Premyer Liqasının 11-ci turunun matçında “Mançester Siti” üzərində qazandıqları qələbəni (1:0) şərh edib:

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, niderlandlı müdafiəçi, qapını toxunulmaz saxlamağın vacib olduğunu deyib:

“Müdafiəçilər bunu etməlidirlər. Hər oyunda bunu etməlisən, bir az boşluq versən, səni cəzalandıracaqlar. Çox yaxşı oynadıq, qapını toxunulmaz saxlamaq və irəliləmək vacib idi.

İlk hissədə kifayət qədər yaxşı oynadığımızı düşünürəm. İkinci hissədə isə daha çox müdafiə olunduq, amma qol vurmaq şanslarımız oldu”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button