“İki xal itirmiş kimi hiss edirik” – “Liverpul”un futbolçusu
“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister İngiltərə Premyer Liqasının 8-ci turunun “Brayton”la oyunu (2:2) haqda danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu hər iki tərəf üçün çətin oyun olduğunu bildirib:
“Əlbəttə, 2:1 hesabı ilə öndə olduğumuzdan və üstünlüyü davam etdirə bilmədiyimizdən, iki xal itirmiş kimi hiss edirik. Ancaq “Brayton” yaxşı komandadır və biz onların nə qədər güclü olduğunu bilirik. “Brayton”un yaxşı baş məşqçisi və heyrətamiz oyunçuları var. Bu klub son bir neçə ildə xeyli təkmilləşdi və onlara görə şadam. Bu, bizim və onlar üçün çətin oyun idi. Lakin biz bir xal qazandıq ki, bu da gələcəkdə faydalı ola bilər”.
24 yaşlı yarımmüdafiəçi bu yay “Brayton”dan Mersisayd klubuna keçib. O, bu mövsüm Premyer Liqada meydana çıxdığı 8 matçda 1 ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin