Genklə Genti səhv saldılar

İki ingilis azarkeş Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən “Genk” – “Liverpul” oyununu stadiondan izləmək istəsə də, bu planları baş tutmayıb.

Komanda.az xəbər verir ki, Belçikaya gələn iki fanat, Genk və Gent şəhərlərini səhv salıb. Bu barədə “Gent” klubunun rəsmi “tvitter” hesabı məlumat yayıb. Belçikanın Genk şəhərinə yollanmaq istəyən azarkeşlər səhvən Gent şəhərinə gedərək, oyunu kafedə izləməli olublar.

“Genk” – “Liverpul” oyunu ingilislərin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button