İki futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıb.

Milli Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button