İkardinin agenti: “Biz “Real”la əlaqə saxlayırıq”

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin agenti Elio Letterio Pino “Real”la danışıqlar apardıqlarını etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ Madrid klubundan rəsmi təklif almadıqlarını söyləyib:

“Mən indi Madriddəyəm. Hazırda klubun özündən heç bir rəsmi və ya qeyri-rəsmi təklif olmayıb. Bununla belə, biz “Real”la əlaqə saxlayırıq”.

Daha əvvəl mətbuatda “Real”ın cinah oyunçusu Vinisius Juniorun zədələnməsinə görə Madrid klubunun argentinalı hücumçuya marağının olması barədə məlumatlar yayılmışdı.

İkardi bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 21 matçda iştirak edib, 16 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button