İkardidən vida paylaşımı

”Qalatasaray”ın hücumçusu Mauro İkardi Türkiyə klubu ilə sosial media vasitəsi ilə vidalaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu sosial media hesabında vida yazısı paylaşıb və burada “Qalatasaray”dakı dövrünü həyatının ən yaxşı vaxtlarından biri adlandırıb. İkardinin klubla müqaviləsinin müddəti başa çatır.

İkardi 4 mövsüm ərzində “Qalatasaray”ın heyətində 133 matçda 77 qol vurub. O, hətta 2023/2024 mövsümündə 25 qolla Türkiyə Super Liqasının ən çox qol vuran oyunçusu olub. Futbolçu daha əvvəl “İnter” və PSJ-də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button