“İbrahimoviçin Rusiya pasportu alması qəribə olardı” – “Neftçi”nin baş məşqçisi

“Yuventus”un sabiq futbolçusu, “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiya mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, Bakı klubunun yeni baş məşqçisi “Sport-Ekspress”-ə müsahibəsində dostu, isveçli keçmiş hücumçu Zlatan İbrahimoviçin Rusiya pasportu ala biləcəyi ilə bağlı fikirlərini bildirib:

  • Bu yaxınlarda Rusiyanın keçmiş idman naziri Vitali Mutko İbrahimoviçə Rusiya vətəndaşlığını təklif etdiyini söylədi. Zlatanı rus kimi təsəvvür edə bilirsizmi?
  • Bunun baş verə biləcəyini bilmirəm. Zlatan bosniyalı köklərə malikdir, üstəlik isveçlidir. Onun Rusiya pasportu alması qəribə olardı. Maraqlıdır, Zlatan nə deyib?
  • Tarix susur.
  • Aydındır (gülür.)

Son olaraq “Milan”da forma geyinən 41 yaşlı İbrahimoviç İtaliya çempionatının 38-ci turunun “Verona” ilə oyunundan (3:1) sonra karyerasını başa vurduğunu açıqlamışdı.

İbrahimoviç “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button