İbrahimoviç: “Qvardiola burada heç kim “Ferrari” sürməz dedi, mən isə…”

“Barselona”nın sabiq hücumçusu Zlatan İbrahimoviç komandanın keçmiş baş məşqçisi olan Pep Qvardiola ilə ilk söhbətindən danışıb.

Komanda.az “Sportface”-ə istinadən xəbər verir ki, isveçli forvard Qvardiolanın ona dediyi ilk sözlərini xatırlayıb:

“Biz ilk görüşəndə ​​o, mənə dedi: “Unutma, burada oyunçular “Ferrari” sürməzlər”. Mən isə məşqlərə “Ferrari” ilə gelməyə davam etdim”.

42 yaşlı hücumçu “Barselona”ya 2009-cu ilin yayında “İnter”dən keçib. İbrahimoviç iki il İspaniya klubunda olub, bundan sonra “Milan”a yollanıb. O, kataloniyalılarla birlikdə La Liqa və İspaniya superkubokunu qazanıb.

Zlatan İbrahimoviçin heç vaxt qazanmadığı klub turnirlərindən biri Çempionlar Liqasıdır. Uzun karyerası ərzində hücumçu heç vaxt bu yarışda qalib gələ bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button