İbrahimoviç: “İspaniyaya qayıdıram”

ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç yeni açıqlama ilə diqqət çəkib.

Komanda.az xəvər verir ki, 38 yaşlı forvard “İnstaqram” səhifəsi vasitəsilə maraqlı paylaşım edib.

İsveçli superulduz qısa videoda İspaniyaya qayıdacağını deyib: “Salam, İspaniya. Nə olduğunu təxmin et. Mən geri qayıdıram”.

Qeyd edək ki, Zlatan İbrahimoviçin hazırkı klubu ilə müqavilə müddəti dekabrın 31-nə qədərdi. O, 2009-2011-ci illərdə İspaniyada “Barselona”nın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button