İbrahimoviç Azərbaycan millisi ilə matçda ehtiyatda oturacaq

İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə matçda əsas heyətdə olmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə isveçlilərin baş məşqçisi Yanne Andersson məlumat verib.

Baş məşqçi deyib ki, bir illik fasilədən sonra yığmaya dəvət edilən 42 yaşlı futbolçu qarşıdakı matçlarda ehtiyatda qalacaq:

“Mən onu start heyət üzvü kimi görmürəm. “Milan”da olduğu kimi, burada da əsasən əvəzetmədən meydana girmək imkanı olacaq”.

İsveç yığması martın 24-də Belçika, 27-də isə Azərbaycan millisini Solna şəhərində qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button