“Hələ heç nə bitməyib” – Murat Dikmen

“Qələbə ilə başlamaq çox vacib idi”.

Komanda.az xəbər verir ki, bunu “Naxçıvan” basketbol klubunun baş məşqçisi Murat Dikmen klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində “Abşeron”la ilk oyunu şərh edib. Türkiyəli mütəxəssis bildirib ki, bu qarşılaşmada 88:83 hesabı ilə qalib gəlsələr də, hələ heç nə bitməyib:

“Önümüzdə bizi daha bir matç gözləyir. Oyunçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı mübarizə apardılar. Pley-off mərhələsi normal mövsüm kimi baş tutmur. Burada daha fərqli mübarizələrə şahidlik edirik. İlk qarşılaşmada qalib gəldiyimiz üçün çox xoşbəxtəm”.

O, cavab matçına yaxşı hazırlaşacaqlarını deyib: “Artıq ikinci görüşə köklənəcəyik. Ümid edirəm ki, o oyunda da qələbə qazanaraq adımızı yarımfinala yazdırarıq. Rəqibimizi də göstərdiyi mübarizəyə görə təbrik edirəm”.

Komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button