
“Hoylund yüksək səviyyəli oyunçu ola bilər”
“Napoli”nin yarımmüdafiəçisi Kevin de Bruyne komanda yoldaşı Rasmus Hoylundun perspektivi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, danimarkalı futbolçunun əla keyfiyyətlərə sahib olduğunu deyib:
“Hoylund yüksək səviyyəli oyunçu ola bilər, onun əla keyfiyyətləri var. “Mançester Yunayted”də çətin günlər keçirib, amma “Napoli”də yaxşı çıxış edir. Rasmus hələ gəncdir, bütün karyerası qabaqdadır”.
Hər iki oyunçu 2025-ci ilin yayından “Napoli”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



