“Mançester Yunayted”i rədd etdi, “Yuventus”a keçir

Niderlandlı yarımmüdafiəçi Tahit Çonq “Mançester Yunayted”in yeni müqavilə təklifini qəbul etməyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı futbolçu “qırmızı şeytanlar”dan ayrılmaq niyyətindədir. Çonqla “Yuventus” yaxından maraqlanır. Turin təmsilçisi holland yarımmüdafiəçini mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.

Hazırda “Mançester Yunayted”də forma geyinən Pol Poqba da əvvəlcə “Yuventus”a azad agent kimi keçmiş, daha sonra isə 105 milyon avro qarşılığında “qırmızı şeytanlar”a qayıtmışdı.