Niderlandlı hücumçu “Lids”də – Rəsmi

“Lids” “Suonsi”nin hücumçusu Joel Piroe ilə müqavilə imzaladığını açıqlayıb.

Komanda.az “Lids” klubunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun transferi 12 milyon funta başa gəlib.

Niderlandlı hücumçu ilə 2027-ci ilə qədər hesablanmış müqavilə imzalanıb. O, “Lids”də 7 nömrə ilə çıxış edəcək.

Piroe “Suonsi”nin heyətində 96 oyunda çıxış edib, 46 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button