Kumandan “Barselona” açıqlaması – Təsdiqlədi

Hollandiya milli komandasının baş məşqçisi Ronald Kuman “Barselona”nı çalışdıracağı iddialarıyla bağlı danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kuman, Hollandiya yığması ilə olan müqavilədə Kataloniya təmsilçisi ilə bağlı maddə olduğunu təsdiqləyib:

“Bəli, müqaviləmdə yalnız “Barselona” ilə danışıqlar apara biləcəyim haqda maddə var. Ancaq bu, AÇ-2020-dən sonraya aiddir. Hazırda heç yerə getmirəm”.

“Barsa”da baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button