“Hər ikimiz bu məsələnin 5-10 saniyəlik olduğunu başa düşdük” – Sterlinq

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinqin İngiltərə millisinin düşərgəsində “Liverpul”un futbolçusu Co Qomeslə mübahisə etdiyini və yığmadan kənarlaşdırıldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Sterlinq, məsələylə bağlı açıqlama verib. O, şəxsi “instagram” hesabından etdiyi paylaşımda, Qomeslə probleminin olmadığını bildirib:

“İlk növbədə, hər kəs futbolun mənim üçün nə demək olduğunu bilir. Hər kəs bilir ki, mən belə şeylərə meyilli deyiləm. Çox emosional idman növündə oynayırıq və hisslərin mənə üstün gəldiyini etiraf edə bilərəm. Biz bu oyunu sevdiyimiz üçün oynayırıq. Co ilə danışdıq, hər şeyi həll etdik və yolumuza davam edirik. Hər ikimiz bu məsələnin 5-10 saniyəlik olduğunu başa düşdük”.

İngiltərə millisi noyabrın 14-də Monteneqro, 17-də isə Kosovo ilə qarşılaşacaq.