“Heyətimizi gücləndirməyə ehtiyac var” – Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının “Kəpəz”lə 33-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

“İstəyimizə nail olduq. Hazırda turnir cədvəlindəki mövqeyimiz bizə UEFA Konfrans Liqasında iştirak etmək hüququ verir. Kimin gedib, kimin qalacağına gəlincə, bəzi futbolçuların müqavilələri bitib. Mövsüm başa çatdığı üçün artıq bu işlə daha konkret məşğul olacağıq. Həm avrokuboklarda, həm də növbəti ölkə çempionatında daha yaxşı nəticə göstərmək üçün heyətimizi gücləndirməyə ehtiyac var. “Neftçi” ilə uzunmüddətli layihəyə gəlincə, belə bir təklif olarsa, əlbəttə, düşünərəm. Çünki mən Azərbaycanı, onun xalqını, buradakı insanları səmimiliyinə, qonaqpərvərliyinə görə çox sevirəm və bu gün burada olduğum, bu şəraitdə çalışdığım üçün məmnunam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button