Heydərov Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasa (Yunanıstan) ipponla qalib gəlib.

Ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button