“Heydər Əliyev-100”: Serbiya və Çexiya yığmalarından heç-heçə

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Serbiya və Çexiya yığmaları Bakı Tennis Akademiyasında üz-üzə gəliblər.

Dörd qolun qeydə alındığı bu qarşılaşma qalib müəyyənləşməyib – 2:2.

Bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya matçı da keçiriləcək. B qrupunda isə Türkiyə və Fransa yığmaları üz-üzə gələcəklər.

Günün əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Türkiyə – Ukrayna 2:3
İtaliya – Gürcüstan – 2:4
Qazaxıstan – Cənubi Afrika 5:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button