Henderson Niderland klubuna keçəcək

Cordan Henderson “Əl-İttifaq”la müqaviləsini ləğv edərək “Ayaks”a keçəcək.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ingilis futbolçu isti keçən havalar səbəbindən Səudiyyə Ərəbistanına uyğunlaşa bilməyib. Yarımmüdafiəçinin Niderland klubu ilə müqaviləsinin detalları yaxın zamanlarda açıqlanacaq.

Henderson Səudiyyə Ərəbistanı klubu ilə 19 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button