Henderson “Ayaks”a keçə bilər

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda çıxış edən Cordan Henderson Avropaya qayıda bilər.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçini “Ayaks” qış transfer pəncərəsində heyətinə cəlb etmək istəyir.

33 yaşlı futbolçunun da bu mövsümün əvvəlindən çıxış etdiyi “Əl-İttifaq”da xoşbəxt olmadığı, Avropaya qayıtmaq niyyətində olduğu bildirilir.

Henderson Səudiyyə Ərəbistanı klubu ilə 19 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button