“Burda qalmağa layiqəm, ya yox, bunu onlar müəyyənləşdirəcək” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, “şəhərlilər”in vəziyyəti və çempionluq yarışı ilə bağlı danışıb:

“Komandadakı vəziyyətimə klub rəhbərliyi qərar verəcək. Burda qalmağa layiqəm, ya yox, bunu onlar müəyyənləşdirəcək. Mən də futbolçuların vəziyyətini, komandada qalmağa layiq olub-olmadıqlarını müəyyənləşdirəcəm. Bu, futbolçuların oyun keyfiyyətindən asılı olacaq. Qarşıda hələ uzun zaman var, ona kimi çox şey müəyyənləşəcək.

Hazırda “Liverpul”un səviyyəsindən çox da uzaqda deyilik. Demək olar ki, eyni səviyyədə, keçənilki kimi oynayırıq. Sadəcə, düşünürəm ki, heyəti gücləndirmək üçün bir neçə futbolçu transfer etməliyik”.

Premyer Liqada keçirdiyi 23 turdan sonra 48 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Liverpul”dan 16 xal geridədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button