“Hazırda çempionluq yarışı haqqında düşünmək düzgün olmaz” – Qvardiola

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Vulverhempton”a 2:3 hesabıyla məğlub olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, çempionluq haqqında düşünmədiyini bildirib:

“11 nəfərə qarşı 10 nəfərlə 80 dəqiqə mübarizə aparmaq çox çətin idi. Oyunun əvvəlində əldə etdiyimiz nəticəni qoruya bilmədik. “Liverpul”la aramızda uzun müddətdir böyük xal fərqi var. Hazırda çempionluq yarışı haqqında düşünmək düzgün olmaz. Növbəti oyunlarımız haqqında düşünməliyik. Eyni zamanda, zehni, psixoloji cəhətdən güclü olmalıyıq, çünki iki gündən az müddətdə başqa bir oyun keçirməliyik”.

Cari mövsümdə 19 oyun keçirən “Mançester Siti” 38 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Şəhərlilər” bir oyun az keçirən lider “Liverpul”dan 14 xal geri qalırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button