
“Hazırda ən vacib matç Azərbaycanla oyundur” – Portuqaliyalı futbolçu
21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin üzvü Joao Simoeş Avropa çempionatının seçmə mərhələsndə Azərbaycan və Şotlandiya yığmaları ilə keçiriləcək oyunlar haqda danışıb.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, “Sportinq”in yarımmüdafiəçisi deyib ki, hazırda ən vacib olan Azərbaycanla oyundur:
“Bütün milli komanda matçları kimi, bunlar da iki çox çətin oyun olacaq. Biz də rəqiblərin ən yaxşı oyunçularına qarşı oynayırıq. Ən yaxşı oyunumuzu göstərmək və iki qələbə qazanmaq üçün çox çalışırıq, rəqiblərimizi öyrənirik. Amma hazırda biz əsasən Azərbaycana qarşı oyun haqqında düşünürük. Bu, ən vacib oyundur və ümid edirik ki, üç xal qazanacağıq”.
Azərbaycan – Portuqaliya matçı martın 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək va saat 15:00-da başlayacaq. Martın 31-də Azərbaycan millisi Bolqarıstanın qonağı olacaq, Portuqaliya isə Şotlandiyanı qəbul edəcək.
Bizi Facebook-da izləyin



