Hazardı təəccübləndirən təyinat

“Real”ın yarımmüdafiəçisi Eden Hazard Domeniko Tedeskonun Belçika millisinə baş məşqçi təyin olunması ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Hazard bu təyinatdan təəccübləndiyini etiraf edib:

“Bu təyinat məni təəccübləndirdi. Mən Tyerri Anrinin baş məşqçi postunu tutmasını gözləyirdim. Şəxsən mən Tedesko ilə tanış deyiləm, ona görə də, ondan nə gözlədiyimi bilmirəm. Onun haqqında “Real”ın bəzi futbolçuları ilə danışdım, onun yaxşı məşqçi olduğunu dedilər. Onun komandasında hələ də Torqan Hazard (Eden Hazardın qardaşı) var, ona görə də yaxşı iş görə bilər”.

Tedesko 2022-ci il dünya çempionatındakı uğursuzluqdan sonra Belçika millisini tədk edən Roberto Martinesi əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button