Hazard: “Mən razılaşdım, son söz klubumundur”

Münhenqladbax “Borussiya”sının futbolçusu Torqan Hazard yayda Dortmund “Borussiya”sına keçməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında deyib. Hazard, Dortmund “Borussiya”sı ilə razılaşdığını açıqlayıb:

“Dortmund “Borussiya”sı ilə görüşmüşəm. Mən onlarla razılığa gəldim. Bundan sonra klubların da ortaq məxrəcə gəlməsi lazımdır. Son sözü klubum deyəcək”.

Münhenqladbax təmsilçisiylə 2020-ci ilin yayına kimi müqaviləsi olan Torqan, “Çelsi”də forma geyinən Eden Hazardın kiçik qardaşıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button