Hazard karyerasını Premyer Liqada davam etdirə bilər

Belçikalı hücumçu Eden Hazard karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Transfer Football”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Kristal Pelas” yaxından maraqlanır. Londonlular hələ də problemlərinə baxmayaraq, ona bir illik müqavilə təklif etməyə hazırdırlar.

Madridin “Real” klubu iyunun əvvəlində Hazardın müqaviləsinə xitam verdiyini açıqlamışdı. Hazard 2019-cu ildən “Real”da çıxış edirdi. O, 2022/23 mövsümündə bütün yarışlarda 10 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button