Hazard karyerasını bitirdi!

Belçika millisinin keçmiş futbolçusu Eden Hazard karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi “instaqram” hesabında paylaşım edib.

Hazard daha çox “Çelsi” klubundakı çıxışı ilə yadda qalıb. O, 2019-cu ildə “Real”a keçsə də, burada möhkəmlənə bilməyib.

Hazard iki dəfə İngiltərə Premyer Liqasının, “Real”la iki dəfə La Liqanın, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button