“Haqqımda transfer söhbətləri varsa…” – Martines

Son vaxtlar adı müxtəlif klublarla yanaşı hallanan “İnter”in futbolçusu Lautaro Martines açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu, “neradzurra”nın heyətində xoşbəxt olduğunu bildirib:

“Hazırda “İnter”in futbolçusuyam və burda xoşbəxtəm. Haqqımda transfer söhbətləri varsa, demək yaxşı oynayıram. Karyerama belə davam etməyimin lazım olduğunu anlayıram. Xüsusilə, qış transfer pəncərəsi dövründə komandadan ayrılmaq istəmərəm”.

“Barselona”nın transfer hədəfində olduğu deyilən argentinalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 24 oyunda 15 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button