“Hamı titullar üçün yanıb-tutuşur” – “Fənərbaxça”nın baş məşqçisi

“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko Türkiyə Super Liqasının 14-cü turunda keçiriləcək “Qalatasaray”la derbi öncəsi danışıb. Komandalar bu gün saat 21:00-da üz-üzə gələcək.

Sentyabrda Jose Mourinyo ayrıldıqdan sonra komandanın başına keçən Tedesko ilk günlərdə çətinliklərlə üzləşdiyini etiraf edib. Onun sözlərinə görə, həm rəhbərlikdəki seçkilər, həm də baş məşqçi dəyişikliyi klub daxilində gərgin atmosfer yaradıb.

Komanda.az “Bein Sports”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis indi hər şeyin sakitləşdiyini bildirib:

“Əhval-ruhiyyə mənfi idi. Təkcə məşqçi dəyişikliyinə görə yox. Klubda seçkilər vardı, hamı buna görə narahat idi. İndi isə hər şey sakitləşib. Güclü komandamız var və ritmimizi tapmışıq”.

Tedesko əlavə edib ki, “Fənərbaxça” azarkeşlərinin enerjisi hər oyunda hiss olunur:

“Hara getsən, “Fənərbaxça” azarkeşləri qarşına çıxır. Hər ev oyununda bu elektrikləşmiş atmosferi hiss edirsən. Hamı titullar üçün yanıb-tutuşur”.

“Fənərbaxça” derbiyə Super Liqada 13 oyunluq məğlubiyyətsiz seriya ilə gedir və lider “Qalatasaray”dan bir xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button