“Hamı deyir ki, “İnter” favoritdir, amma…”

Tanınmış italiyalı futbol mütəxəssisi Arriqo Sakki A Seriyasında çempionluq uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “pianetamila.it”-ə istinadən xəbər verir ki, o, “İnter”i çempionatın əsas favoriti hesab etmədiyini bildirib və komandanın müəyyən çətinliklərlə üzləşdiyini vurğulayıb:

“Turnir cədvəlində vəziyyət kifayət qədər gərgindir və “İnter” artıq mövsüm ərzində bir sıra problemlər yaşayıb. Kristian Kivunun rəhbərlik etdiyi komanda heyət baxımından çempionluq uğrunda mübarizə aparmaq gücündə olsa da, milanlılar hələlik öz real potensialını tam nümayiş etdirə bilməyiblər.

Hamı deyir ki, “İnter” favoritdir, amma cədvəldə fərqlər çox azdır və onların artıq müəyyən problemləri olub. Heyət çempionluq üçün uyğundur, ancaq məncə, bu potensial hələ meydanda tam görünmür”.

“İnter” hazırda İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button