Halk Türkiyə klubuna keçməyəcək

Braziliya millisinin sabiq forvardı Halk “Atletiko Mineyro”da qalıb.

Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, “Adana Dəmirspor”un transfer siyahısında olan hücumçu hazırkı klubu ilə müqavilə müddətini artırıb. 

O, 2026-cı il iyunun 30-na qədər “Atletiko Mineyro”da oynayacaq. 37 yaşlı futbolçu 2021-ci ildən bu komandanın formasını geyinir.

Halk Braziliya çempionatında son mövsümdə 34 matça çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə verib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button