Hacinin oğlunun yeni klubu məlum oldu

Sabiq futbolçu George Hacinin oğlu Yanis Hacinin “Ayaks” və “Genk”in transfer hədəfində olduğunu xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Vitorul”un şərəfini qoruyan 20 yaşlı futbolçu, “Genk”lə razılıq əldə edib. Forvardın tibbi müayinədən keçdikdən sonra Belçika klubu ilə 5 illik müqavilə bağlayacağı bildirilir.

Rumıniyalı futbolçunun transfer qiymətinin 9 milyon avro olduğu deyilir.

Peşəkar karyerasında “Vitorul”dan başqa “Fiorentina” klubunda da çıxış edən Yanis, keçirdiyi 2 oyunda qol hesabını aça bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button