Həsənov Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib – VİDEO

Azərbaycan təmsilçisi Rafiz Həsənov Rusiyanın paytaxtında keçirilmiş “Moscow – Karate Universe” beynəlxalq turnirində Ermənistanın ən yaxşı karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, Həsənov turnirin yalnız finalında yerli idmançıya məğlub olaraq, yekunda gümüş medal qazanıb.

15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan yığması 6 mükafat əldə edib.

Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Rafiz Həsənov 24 ildir karate ilə məşğul olur. O, şotokan növü üzrə Avropa və dünya çempionudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button