İbrahimoviç: “Hər şey onların xeyrinədir”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç “Napoli”nin cari mövsümdəki çıxışını dəyərləndirib.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, hər şeyin neapolluların xeyrinə olduğunu deyib:

“Napoli” bu mövsüm yaxşı çıxış edir. Bu, heç kimə sirr deyil. Hər şey onların xeyrinədir. Sadəcə Xviça Kvaratsxeliya yox, bütün komanda, hətta baş məşqçi də uğurludur”.

“Napoli” hazırda İtaliya A Seriyasının turnir cədvəlinə 65 xalla başçılıq edir. Neapol təmsilçisi ən yaxın izləyicisi “İnter”i 18 xal qabaqlayır (47 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button