“Bizim üçün hər şey daha yaxşı ola bilərdi” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin “Real”dan birdəfəlik transfer etdiyi Mateo Kovaçiç açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçən mövsümü “zadəganlar”da icarə əsasında keçirən xorvat futbolçu, yeni baş məşqçisi Frenk Lempardın rəhbərliyi altında oynamaq üçün səbirsizləndiyini deyib:

“Bu, mənim ilk mövsümüm idi və düşünürəm ki, yaxşı təsir bağışladım. Hər şey bizim üçün daha yaxşı ola bilərdi. Buna baxmayaraq, titul qazandıq, bu, vacib çox idi. Artıq yeni mövsümdə oynamağı səbirsizliklə gözləyirəm. Eyni zamanda, baş məşqçimiz Lempardla işləmək üçün də səbirsizlənirəm. O, möhtəşəm futbolçu idi və necə baş məşqçi olduğunu keçən mövsüm göstərdi.

“Çelsi”nin heyətində kuboklar qazanmaq istəyirəm. Futbolda ən vacibi, oynamaqdan həzz almaq, əylənmək, yaxşı oyun göstərmək və kubok qazanmaqdır. Çox çalışıb, meydanda əlimdən gələni edəcəm və daha çox qol vurmağa çalışacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button