“Hər matç bizim üçün önəmlidir” – Elmar Baxşıyev

Türkiyədə təşkil olunan təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirən “Qəbələ” Rusiyanın “Orenburq” klubu ilə görüşüb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev 1:1 hesabı ilə başa çatan qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:

“Boluda ikinci yoxlama görüşümüz idi. Üç gündən bir oyun keçiririk. Ağır qrafiklə hazırlıq keçdiyimizi bilirik. Futbolçular yüklənmə altında da istədiyimiz futbolu nümayiş etdirməyə çalışırlar. Bu da sevindiricidir. Bugünkü rəqibimiz yaxşı komanda idi. Rusiya Premyer Liqasında mübarizə aparan bir komanda ilə görüşdük. “Orenburq” toplanışı başa çatdırmaqda olduğu üçün rəqib oyunçular daha hazırlıqlı görünürdülər. Amma komandamız yaxşı oynadı. Rəqibdən çəkinmədi və öz oyun üslubumuzun üzərində dayandıq. Hər matç bizim üçün önəmlidir. Çünki komanda oyundan oyuna güvəni qaytaracaq və xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button